ABŞ prezidenti Donald Tramp yeni bir biznes addımı ataraq, məhdud buraxılışda olan parfümünü təqdim edib.
GDP xəbər verir ki, Fight Fight Fight adı ilə tanıdılan parfüm, həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulub və 100 ml-lik şüşəsi 250 dollar qiymətinə satılacaq. Trampın yeni məhsulu, onun “geri çəkilməyən vətənpərvər” obrazını təmsil edir.
Keçən ilki maliyyə hesabatına əsasən, Trampın ayaqqabılar və parfüm satışları ona 2,5 milyon dollar qazandırıb. Seçkilərdə qələbə qazandıqdan sonra belə, Tramp yazıçılıq (kitabı “Save America” ilə əlavə 3 milyon dollar qazandı), saatçılıq (+2,8 milyon dollar) və misyonerlik fəaliyyəti (Bibliya satışlarından +1,3 milyon dollar) ilə məşğul olmağa davam edib.
Yeni Fight Fight Fight parfümu, Trampın özünün biznes fəaliyyəti ilə paralel olaraq populyarlaşan markalarından biri olaraq, onun müxtəlif sahələrdəki geniş fəaliyyətini əks etdirir.