Hesablama Palatasının Hesablama Palatası 2026-cı il üzrə “Dövlət Neft Fondu”nun büdcə layihəsinə verdiyi rəyə əsasən, Fondun gəlirləri 2022–2026 dövründə ən aşağı səviyyədə proqnozlaşdırılıb.
GDP-nin məlumatına görə,rəydə bildirilir ki, gəlirlərin azalmasının əsas səbəbləri xam neft hasilatının aşağı düşməsi, neftin orta illik ixrac qiymətinin daha aşağı səviyyədə götürülməsi və bəzi gəlir mənbələrinin minimallaşdırılmasıdır.
Büdcənin baza ssenarisinə görə, 1 barel neftin orta illik ixrac qiyməti 65 ABŞ dolları, qazın Avropa bazarı üzrə qiyməti isə 1000 kubmetr üçün 440 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Palata qeyd edir ki, beynəlxalq maliyyə institutlarının proqnozları əsasən 60–65 dollar intervalında dəyişdiyindən, Fond ehtiyatlı yanaşma sərgiləyərək bu diapazonun yuxarı həddini əsas götürüb.
Müəllif:Aynur Qəniyeva

