Close Menu
    What's Hot

    Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

    26 Fevral 2026

    Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb

    25 Fevral 2026

    SOCAR və Samsung E&A anlaşdı

    25 Fevral 2026
    Trending
    • Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI
    • Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb
    • SOCAR və Samsung E&A anlaşdı
    • Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib
    • ABŞ-ın nadir minerallardan asılılığı təhlükə yaradır: Çin faktoru
    • Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib
    • Seymur Adıgözəlov: “Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci yerdədir”
    • Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

      26 Fevral 2026
      Recent

      Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

      26 Fevral 2026

      Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

      24 Fevral 2026

      Vüsal Xəlilov: “Rəqəmsal maliyyə texnologiyaları artıq dəstək funksiyası deyil, əsas inkişaf alətidir”

      23 Fevral 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Bakı Fond Birjasında əməliyyatların həcmi 48,6% azalıb, bazarın strukturu dəyişib

      04 Fevral 2026

      SOCAR istiqrazları üzrə dövr gəlirliliyi 6,67%-dən 6,25%-ə endi

      03 Fevral 2026

      AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb

      28 Yanvar 2026

      Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

      23 Fevral 2026

      Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

      17 Fevral 2026

      Çin banklara ABŞ xəzinə istiqrazlarına yatırımları azaltmağı tövsiyə edib

      09 Fevral 2026

      Qızıl son 30 sessiyada volatillik baxımından bitkoini geridə qoyub

      02 Fevral 2026

      Kriptovalyuta bazarında böyük itkilər: aparıcı fondların portfelləri milyardlarla dollar zərərdədir

      06 Fevral 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      BlackRock 145 milyon dollara 1669 Bitkoin aldı, Bitkoinin qiyməti 87 min dollara qalxdı

      25 Noyabr 2025

      Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

      23 Fevral 2026

      Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

      17 Fevral 2026

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Çin banklara ABŞ xəzinə istiqrazlarına yatırımları azaltmağı tövsiyə edib

      09 Fevral 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      SOCAR və Samsung E&A anlaşdı

      25 Fevral 2026
      Recent

      SOCAR və Samsung E&A anlaşdı

      25 Fevral 2026

      Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib

      25 Fevral 2026

      Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

      23 Fevral 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Birja » Dövlətin borclanma landşaftı dəyişir: Dövlət istiqrazlarının həcmi 66%-dən, gəlirliyi 28%-dən çox azalıb
    Birja

    Dövlətin borclanma landşaftı dəyişir: Dövlət istiqrazlarının həcmi 66%-dən, gəlirliyi 28%-dən çox azalıb

    01 Dekabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025 və 2024 illərin oktyabr aylarında keçirilmiş dövlət istiqrazları hərraclarının nəticələri müqayisə edildikdə, dövlət borc alətləri bazarında həm tələb-təklif dinamikasında, həm də gəlirlilik səviyyələrində ciddi dəyişikliklərin baş verdiyi müşahidə olunur.

    GDP Mərkəzi Bankın 2025-ci ilin oktyabr ayına dair Statistik Bülleteninə istinad xəbər verir ki,yerləşdirilmiş istiqrazların həcmi üzrə 59.39 milyon manatlıq, yəni 66.8% həcmində azalma müşahidə olunur.

    Beləki, 2024-cü ilin oktyabr ayında keçirilmiş dörd hərrac üzrə ümumi yerləşdirilmiş istiqraz həcmi 238.53 milyon manat təşkil etmişdir. 2025-ci ilin eyni dövründə isə bu rəqəm cəmi 79.07 milyon manata enmişdir.

    Gəlirlilik üzrə orta ölçülmüş faiz dərəcələri də 2025-ci ildə aşağı düşmüşdür. Əgər 2024-cü ildə orta gəlirlilik 9.86% idisə, 2025-ci ildə bu göstərici 7.03%-ə qədər enmişdir. Bu, 2.83 faiz bəndi, yaxud təqribən 28.7% azalma deməkdir. Gəlirliliyin azalması dövlətin daha aşağı faizlə borclana bilməsinə şərait yaratsa da, bazarda investorların üzləşdiyi gəlir imkanlarının məhdudlaşdığını göstərir.

    Hərracda iştirak edən investorların sayı üzrə müqayisə də maraqlı nəticələr ortaya qoyur. 2024-cü ilin oktyabrında hərraclarda orta hesabla 21 investor iştirak edirdisə, 2025-ci ildə bu rəqəm 8.75 nəfərə qədər enmişdir. Bu isə 12.25 nəfərlik, yəni 58.3% azalma deməkdir.

    İştirakçıların sayı azaldıqca rəqabət də azalır və bu, istiqrazların daha aşağı gəlirliliklə yerləşdirilməsi ehtimalını artırır. Təqdim olunmuş sifarişlərin həcmində də kəskin fərq müşahidə edilir. 2024-cü ildə təqdim olunmuş sifarişlərin ümumi həcmi 376.34 milyon manat olduğu halda, 2025-ci ildə istiqrazların emissiya həcmi ilə yerləşdirilmiş həcmin fərqi əsasında hesablanan tələbat cəmi 96.12 milyon manat təşkil edir. Bu da 280.22 milyon manat azalma deməkdir və bazar tələbinin 2025-ci ildə ciddi şəkildə aşağı düşdüyünü göstərir.

    Tədavül müddətlərinə gəldikdə isə  2024-cü ildə istiqrazların orta tədavül müddəti 1001 gün olduğu halda, 2025-ci ildə bu müddət 886 günə enmişdir. Bu, 115 günlük və 11.5% həcmində azalma deməkdir. Daha qısamüddətli istiqrazlara üstünlük verilməsi, bazarda uzunmüddətli risklərə qarşı daha ehtiyatlı yanaşmanı əks etdirə bilər.

    Nəhayət, emissiya həcmi üzrə kəskin azalma diqqəti cəlb edir. 2024-cü ildə ümumi emissiya həcmi 470 milyon manat ikən, 2025-ci ildə bu göstərici 175.18 milyon manata qədər düşmüşdür. Bu, 294.82 milyon manat, yaxud 62.7% azalma deməkdir.

    Dövlətin borclanma həcminin azalması büdcə siyasətində daha ehtiyatlı yanaşmanı və ya alternativ maliyyələşmə mənbələrinə yönəlməni göstərə bilər. Ümumilikdə, analiz göstərir ki, 2025-ci ilin oktyabr ayında dövlət istiqrazları bazarı 2024-cü illə müqayisədə daha passiv olmuş, həm tələb, həm təklif, həm də gəlirlilik göstəricilərində əhəmiyyətli enişlər qeydə alınmışdır.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

    23 Fevral 2026

    Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

    17 Fevral 2026

    Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

    13 Fevral 2026

    Çin banklara ABŞ xəzinə istiqrazlarına yatırımları azaltmağı tövsiyə edib

    09 Fevral 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.