2024-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərinin 8282,4 milyon manatı və ya 44,0 %-i vergi daxilolmalarının, 6390,5 milyon manatı və ya 33,9 %-i Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışda məlumat verilib.
Bildirilir ki, Dövlət büdcəsinin gəlirlərinin 3252,2 milyon manatı və ya 17,3 %-i gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 250,0 milyon manatı və ya 1,3 %-i Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmaların, 241,5 milyon manatı və ya 1,3 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 17,8 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 408,5 milyon manatı və ya 2,2 faizi sair daxilolmaların payına düşür.