Maliyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.
GDP xəbər verir ki, bu dövrdə xəzinədarlıq orqanı tərəfindən 1 milyon 124 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Hesabat dövrünün əsas göstəricilərindən biri də dövlət büdcəsinin gəlirlərinin 29 142,4 milyon manat təşkil etməsi olub. Bu rəqəm doqquz aylıq proqnozu 675,2 milyon manat və ya 2,4 faiz üstələyib. Büdcə gəlirlərinin plan göstəricisindən artıq olması dövlət maliyyəsinin güclü vəziyyətini və iqtisadiyyatın sabit inkişafını əks etdirir.