Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev AzerGold QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində olub.
GDP xəbər verir ki, S.Əliyev “Çovdar” qızıl mədənində hasilat, ÇİRES-də qiymətli metalların emalı, tullantıların idarə olunması prosesini izləyib, ənənəvi Topa qələviləşdirmə üsulu ilə yanaşı, Çəndə qələviləşdirmə texnologiyası ilə qiymətli metalların emalını həyata keçirən Çəndə Qələviləşdirmə Zavodunda yaradılmış əmək şəraiti ilə tanış olub.
Tanışlıq səfərindən məmnunluğunu ifadə edən DMA-nın İdarə Heyətinin sədri S.Əliyev “AzerGold” QSC tərəfindən dağ-mədən sahəsində həyata keçirilən uğurlu fəaliyyətin qeyri-neft sektoru üzrə ölkə iqtisadiyyatının inkişafı, xüsusilə Gəncə-Daşkəsən iqtisadi rayonunun sosial-iqtisadi tərəqqisi, əhalinin məşğulluğunun artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Trending
- İranın nüvə obyektlərinə zərbə şayiələri neft qiymətlərində artıma səbəb oldu
- İcbari Sığorta Bürosu sığorta ilə bağlı qərarvermədə süni intellektdən istifadə edəcək
- 2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib
- Maliyyə Nazirliyinin depozit hərracları nəticəsində bank sektorunda likvidliyin artması AZIR indeksinə azaldıcı təsir göstərib
- Mərkəzi Bank: Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir
- Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxladı
- Pul nişanlarının qanunsuz reproduksiyalarının satışına rast gəlinir – Mərkəzi Bank
- Cavid Quliyev: “PAŞA Bank” ASC-nin ümumi inkişaf strategiyası ölkənin qeyri-neft sektorunun inkişaf strategiyası ilə demək olar ki, üst-üstə düşür