Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin ilk rübündəki valyuta hərraclarında yerli banklara satdığı valyutanın həcmini açıqlayıb.
GDP xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.
Neft fond tərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 2 milyard 420.6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.