Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2024-cü ilin yanvar-sentyabr aylarında 10% artaraq 61,7 milyard ABŞ dolları təşkil edib. Bu barədə
GDP.az bu barədə Fonda istinadən xəbər verir.
Cari ilin əvvəlində ARDNF-nin aktivləri 56 milyard 69,7 milyon ABŞ dolları idi.
2024-cü ilin ilk doqquz ayında ARDNF-nin büdcə gəlirləri 15 milyard 4 milyon manat, xərcləri isə 9 milyard 634,5 milyon manat olub. Həmin dövr ərzində fondun neft və qaz sazişlərindən əldə etdiyi gəlirlər 9 milyard 424,1 milyon manat təşkil edib. Mənfəət neftinin və qazın satışından gəlir 8 milyard 641,8 milyon manat, bonus ödənişləri 778,2 milyon manat, tranzit gəlirləri 0,5 milyon manat, akrhesabı ödənişləri isə 3,6 milyon manat olub.
Bundan əlavə, ARDNF vəsaitlərinin idarə olunmasından 5 milyard 579,9 milyon manat investisiya gəliri əldə edib. Hesabat dövrü ərzində fond dövlət büdcəsinə 9 milyard 585,8 milyon manat köçürüb. Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə 18 milyon manat, xaricdə təhsil üzrə Dövlət Proqramına isə 10,8 milyon manat ayrılıb.
ARDNF-nin idarə olunması ilə bağlı xərclər 19,9 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsi nəticəsində fondun büdcədənkənar gəliri isə 4 milyard 197,6 milyon manat olub.
Fondun investisiya gəlirlərində əsas töhfə səhm investisiyalarının payına düşüb. Dünyanın aparıcı iqtisadiyyatlarının yumşaq monetar siyasətə keçidi nəticəsində sabit gəlirli qiymətli kağızların dəyərinin artması və səhm bazarlarında canlanma müşahidə olunub, xüsusilə texnologiya və istehlak malları sektorlarında.