İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Karbon qiymətləndirilməsi” movzusunda Forumun keçirilməsi ilə əlaqədar bir sıra xidmətlərə 99 min 122 manat vəsait ödəyəcək.
GDP xəbər verir ki, bu barədə etender.gov.az -da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bir mənbədən aldığı forum keçirilməsi ilə əlaqədar bir sıra xidmətlərin alınması ilə bağlı “GALAXY-M” MMC ilə bağladığı müqavilə barədə məlumatda bildilir.
Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Karbon qiymətləndirilməsi” movzusunda Forumun keçirilməsi ilə əlaqədar bir sıra xidmətlər üçün “GALAXY-M” MMC ilə müqavilə bağlayıb.