Close Menu
    What's Hot

    “PAŞA Həyat Sığorta” şirkətinin İdarə Heyətinə yeni üzv və Baş Risk İnzibatçısı təyinatı olub

    23 Yanvar 2026

    Dövlətin təklif etdiyi aşağı ilkin ödənişli ipoteka,bazarının strukturunu dəyişir: Zəmanətli kreditlər 1 ilə 442% artdı

    23 Yanvar 2026

    ABB rəhbəri Abbas İbrahimov Davosda -“Davos mənim üçün öyrənmək, aydınlanmaq və gələcəyə baxışı dəqiqləşdirmək platforması oldu”

    23 Yanvar 2026
    Trending
    • “PAŞA Həyat Sığorta” şirkətinin İdarə Heyətinə yeni üzv və Baş Risk İnzibatçısı təyinatı olub
    • Dövlətin təklif etdiyi aşağı ilkin ödənişli ipoteka,bazarının strukturunu dəyişir: Zəmanətli kreditlər 1 ilə 442% artdı
    • ABB rəhbəri Abbas İbrahimov Davosda -“Davos mənim üçün öyrənmək, aydınlanmaq və gələcəyə baxışı dəqiqləşdirmək platforması oldu”
    • Turkish Petroleum Corporation Qazaxıstanın Xəzər sektorunda Böyük Jambil sahəsini qiymətləndirir
    • BlackRock bitkoinləri birjalara köçürür, bu da mümkün satışa hazırlıq siqnalı kimi qiymətləndirilir
    • ABŞ prezidenti Donald Tramp JPMorgan Chase-i məhkəməyə verib
    • Türk İnvestisiya Fondunun Baş direktoru AZCON Holding və Azercell nümayəndələri ilə görüş keçirib
    • Davosda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüş keçirilib
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Dövlətin təklif etdiyi aşağı ilkin ödənişli ipoteka,bazarının strukturunu dəyişir: Zəmanətli kreditlər 1 ilə 442% artdı

      23 Yanvar 2026
      Recent

      Dövlətin təklif etdiyi aşağı ilkin ödənişli ipoteka,bazarının strukturunu dəyişir: Zəmanətli kreditlər 1 ilə 442% artdı

      23 Yanvar 2026

      ABB rəhbəri Abbas İbrahimov Davosda -“Davos mənim üçün öyrənmək, aydınlanmaq və gələcəyə baxışı dəqiqləşdirmək platforması oldu”

      23 Yanvar 2026

      Sən də PAŞA Bankın səhmdarı ola bilərsən-PAŞA Bank səhmlərini kütləvi təklifə çıxarır

      22 Yanvar 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      ABB İnvest-in 2025-ci ildə ümumi dövriyyəsi 35% azalıb, repo və səhm ticarətində bazar payını itirib– ticarət strategiyasını köklü şəkildə dəyişib

      13 Yanvar 2026

      Azərbaycanın qiymətli kağızlar bazarının 42%-dən artığına nəzarət edən PAŞA Kapital İnvestisiya Şirkətinin Əməliyyat həcminin artım dinamikası və struktur təhlili

      11 Yanvar 2026

      Azərbaycanda investorların milyonlarını idarə edən investisiya şirkətlərinin cəmi əməliyyat həcmi və bazar payı üzrə renkinqi (2025 yanvar-dekabr)

      11 Yanvar 2026

      WSJ -da ABŞ-nin Venesuela vasitəsilə neftin qiymətini barrelə 50 dollara endirmək planları barədə açıqlama

      09 Yanvar 2026

      Brent neftinin qiyməti 64 dolları keçdi

      13 Yanvar 2026

      Alphabet-in kapitallaşması ilk dəfə 4 trilyon dolları keçib

      13 Yanvar 2026

      WSJ -da ABŞ-nin Venesuela vasitəsilə neftin qiymətini barrelə 50 dollara endirmək planları barədə açıqlama

      09 Yanvar 2026

      Chevron səhmləri Venesueladakı hadisələr fonunda 10% bahalaşıb

      05 Yanvar 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      BlackRock 145 milyon dollara 1669 Bitkoin aldı, Bitkoinin qiyməti 87 min dollara qalxdı

      25 Noyabr 2025

      Deutsche Bankın analitikləri: Bitcoin qızılın tarixi yolunu təkrarlayır və Mərkəzi Bankların ehtiyatlarında yer ala bilər

      25 Sentyabr 2025

      ABB İnvest-in 2025-ci ildə ümumi dövriyyəsi 35% azalıb, repo və səhm ticarətində bazar payını itirib– ticarət strategiyasını köklü şəkildə dəyişib

      13 Yanvar 2026

      Brent neftinin qiyməti 64 dolları keçdi

      13 Yanvar 2026

      Alphabet-in kapitallaşması ilk dəfə 4 trilyon dolları keçib

      13 Yanvar 2026

      Azərbaycanın qiymətli kağızlar bazarının 42%-dən artığına nəzarət edən PAŞA Kapital İnvestisiya Şirkətinin Əməliyyat həcminin artım dinamikası və struktur təhlili

      11 Yanvar 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

      22 Yanvar 2026
      Recent

      “Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

      22 Yanvar 2026

      Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

      17 Yanvar 2026

      Vergi ödəyiciləri 4,87% artsa da, yeni kommersiya qurumları 2,7% azalıb

      16 Yanvar 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Dövlətin təklif etdiyi aşağı ilkin ödənişli ipoteka,bazarının strukturunu dəyişir: Zəmanətli kreditlər 1 ilə 442% artdı
    Bank

    Dövlətin təklif etdiyi aşağı ilkin ödənişli ipoteka,bazarının strukturunu dəyişir: Zəmanətli kreditlər 1 ilə 442% artdı

    23 Yanvar 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    İpoteka və Kredit Zəmanət Fondu tərəfindən açıqlanan rəsmi statistika göstərir ki, 2025-ci ildə ipoteka bazarında kəmiyyət deyil, daha çox keyfiyyət və struktur yönümlü dəyişikliklər baş verib. 2024-cü illə müqayisə edildikdə,ümumi maliyyələşmə həcmi artdığı halda, portfeldə verilən kreditlərin sayı azalıb, güzəştli və zəmanətli ipoteka mexanizmlərinin çəkisi isə əhəmiyyətli dərəcədə yüksəlib.

    GDP xəbər verir ki, 2024-cü ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat məbləğində 4 685 ipoteka krediti verildiyi halda, 2025-ci ildə bu göstərici 442,8 milyon manat və 4 309 kredit təşkil edib.

    Beləliklə, ümumi maliyyə həcmi 3,0 milyon manat və ya 0,68% artıb, lakin kreditlərin sayı 376 vahid və ya 8,0% azalıb. Bu tendensiya ipoteka bazarında orta kredit məbləğinin yüksəldiyini və bankların daha iri məbləğli kreditlərə üstünlük verdiyini göstərir.

    Adi ipoteka kreditləri üzrə dinamika azalma ilə xarakterizə olunur. 2024-cü ildə 357,7 milyon manat məbləğində 3 609 adi ipoteka krediti verildiyi halda, 2025-ci ildə bu göstəricilər 347,2 milyon manat və 3 153 kredit səviyyəsinə enib.

    Nəticədə, məbləğ üzrə 10,5 milyon manatlıq yəni 2.9%-lik azalma, say üzrə isə 456 kreditlik yəni 12.6%-lik azalma qeydə alınıb. Bu göstəricilər adi ipotekaya tələbin nisbətən zəiflədiyini və əhalinin alternativ mexanizmlərə yönəldiyini göstərir.

    Əksinə, güzəştli ipoteka kreditləri üzrə ciddi artım müşahidə olunub. 2024-cü ildə 82,1 milyon manat məbləğində 1 076 güzəştli ipoteka krediti verildiyi halda, 2025-ci ildə bu göstərici 95,6 milyon manat və 1 156 kredit təşkil edib.

    Bu isə məbləğ üzrə 13,5 milyon manat yaxud  16.4% artım , say üzrə isə 80 kredit yəni 7.4% artım deməkdir. Artım göstərir ki, dövlət dəstəyi ilə təqdim olunan ipoteka alətləri xüsusilə gənclər və sosial həssas qruplar üçün daha əlçatan olub.

    Zəmanətli ipoteka mexanizmi: bazarın yeni lokomotivi

    Ən diqqətçəkən dəyişiklik zəmanətli ipoteka kreditləri üzrə qeydə alınıb. 2024-cü ildə 275 kredit üzrə 28,3 milyon manat zəmanət verildiyi halda, 2026-cı il 1 yanvar tarixinə olan məlumata əsasən, 2025-ci ildə bu göstəricilər 1 490 kredit və 139,9 milyon manat təşkil edib.

    Bu, məbləğ üzrə 111,6 milyon manatlıq artım, yəni təxminən 394%, say üzrə isə 1 215 kreditlik artım, yəni təxminən 442% deməkdir. Zəmanət mexanizminin bu qədər genişlənməsi ilkin ödəniş imkanları məhdud olan vətəndaşların ipoteka bazarına çıxışını kəskin şəkildə artırıb.

    İpoteka portfeli böyüyür

    Fondun fəaliyyətinin ümumi nəticələrinə baxdıqda da müsbət dinamika müşahidə olunur. 2006–2024-cü illər ərzində ipoteka kreditlərinin ümumi həcmi 3,31 milyard manat təşkil etdiyi halda, 2006–2025-ci illərdə bu göstərici 3,76 milyard manatı ötüb.

    Beləliklə, 450 milyon manatlıq artım qeydə alınıb ki, bu da 13,6% artım deməkdir. Eyni dövrdə mənzil şəraiti yaxşılaşdırılan ailələrin sayı 52 530-dan 56 800-dən daha çox saya qədər yüksəlib. Bu, 4 270 ailə və ya 8,1% artım deməkdir.

    Həm 2024, həm də 2025-ci illərdə ipoteka kreditlərindən faydalananların 67%-ni gənclər və gənc ailələr, kreditlərin təxminən 22%-ni isə regionlar təşkil edib. Bu göstəricilər sosial və regional balansın qorunduğunu göstərsə də, əsas dəyişikliklərin məhsul strukturunda baş verdiyini ortaya qoyur.

    2025-ci ilin göstəriciləri ipoteka bazarında kəmiyyət artımından çox struktur transformasiyasını əks etdirir. Adi ipoteka kreditlərinin payı azalır, güzəştli və zəmanətli mexanizmlər isə sürətlə genişlənir. Bu isə ipoteka siyasətinin daha çox sosial əlçatanlıq, risk paylaşımı və uzunmüddətli dayanıqlıq üzərində qurulduğunu göstərir.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    ABB rəhbəri Abbas İbrahimov Davosda -“Davos mənim üçün öyrənmək, aydınlanmaq və gələcəyə baxışı dəqiqləşdirmək platforması oldu”

    23 Yanvar 2026

    Sən də PAŞA Bankın səhmdarı ola bilərsən-PAŞA Bank səhmlərini kütləvi təklifə çıxarır

    22 Yanvar 2026

    Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

    22 Yanvar 2026

    Zaminlik və kredit mübahisələri-Vəkillər Kollegiyasının üzvü Misirə Xəlilzadə ilə müsahibə

    22 Yanvar 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.