Nyu-York fond birjasında Dow Jones İndeksi cümə axşamı 378 punkt və ya 0.90 faiz azalaraq ticarət sessiyasını başa vurub.
GDP xəbər verir ki, n çox ucuzlaşma texnologiya şirkətlərinin payına düşüb. Microsoft səhmləri 5.85%, Intel 3.27% və Amazon 3.21% dəyər itirib.
Sessiya ərzində ən yüksək artım göstərən şirkətlər arasında Verizon (2.03%), Walt Disney (1.42%) və Amgen (1.35%) yer alıb.
İndeksin enişində texnologiya şirkətlərinin gözləntilərindən aşağı maliyyə proqnozları əsas rol oynayıb.