Azərbaycan Dubay üçün yüksək perspektivli bir bazar kimi formalaşır.
GDP xəbər verir ki bunu Dubayın İqtisadiyyat və Turizm Departamentinin (DET) Asiya-Sakit Okean bölgəsində Beynəlxalq Əməliyyatlar üzrə Bölgə Direktoru Şahab Şayan deyib
Regional direktor qeyd edib ki, 2023-cü ildə azərbaycanlı turistlərin sayında nəzərəçarpacaq dərəcədə artımın (69%) olması və bu rəqəmin davamlı şəkildə artması bizi məmnun edir. “Bu irəliləyiş bölgələrimiz arasında əlaqələrin dərinləşməsini göstərir və Dubayın ümumdünya turizm məkanı kimi mövqeyini bir daha təsdiqləyir. Turizm infrastrukturunun inkişafı və unikal təcrübələr təqdim etmək üzrə göstərdiyimiz səylər nəticəsində Azərbaycandan olan ziyarətçilərimiz Dubayda öz vaxtlarını unudulmaz, rahat və təhlükəsiz şəkildə keçirə bilir”,-deyə Dubayın İqtisadiyyat və Turizm Departamentinin (DET) Asiya-Sakit Okean bölgəsində Beynəlxalq Əməliyyatlar üzrə Bölgə Direktoru Şahab Şayan əlavə edib.