Ticarət həcminə görə dünyada ikinci ən böyük kriptovalyuta birjası olan “Bybit” haker hücumuna məruz qalıb.
GDP xəbər verir ki, hücum nəticəsində ən azı 1,5 milyard dollar dəyərində “Ethereum”un oğurlandığı açıqlanıb. “Laspesky Lab”ın yaydığı məlumata görə, hücumu Şimali Koreyanın “Lazarus” adlı haker qrupu edib.