Foreign Policy nəşrinin yazdığına görə, yüksək faiz dərəcələri fonunda dünyanın ən böyük yeddi iqtisadiyyatı həddindən artıq borc yükü ilə üzləşib.
GDP xəbər verir ki,bu vəziyyət 1990-cı illərin maliyyə böhranlarını xatırlatsa da, daha geniş miqyasda yeni bir “devalvasiya dominoeffekti” təhlükəsi yaradır.
Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına əsasən, Kanada, Fransa, Yaponiya, İspaniya, İtaliya, Böyük Britaniya və ABŞ-da dövlət borcu ÜDM-in 100 faizini ötüb.
Tanınmış iqtisadçı Altman bu ölkələri “D7” – Böyük Borclu Yeddilik adlandırır. Bu anlayış G7 kimi qlobal iqtisadi alyanslara bənzədilərək, bu ölkələrin dünyanın ən iri beynəlxalq borcluları olduğunu vurğulayır.