Dünyanın aparıcı şirkətlərinə məxsus qeyri-maddi aktivlərin dəyəri son bir ildə 23% artaraq 97,6 trilyon dollara çatıb.
GDP xəbər verir ki, bu, konsaltinq firması Brand Finance-ın illik hesabatında qeyd olunub.
Bu, 1996-cı ildə hesablamaların aparılmasına başlanılandan bəri qeydə alınmış rekord göstəricidir.
Bu il birinci yeri Nvidia Corp. tutub, onun qeyri-maddi aktivlərinin dəyəri 50% artaraq 4,3 trilyon dollara çatıb. İkinci yerdə 3,78 trilyon dollar və ya 27% göstəricisi ilə Microsoft Corp. qalıb. Keçən il reytinqin lideri olan Apple Inc. isə göstəricisinin 6% azalması (3,08 trilyon dollara enməsi) səbəbilə üçüncü yerə enib.
Onları aşağıdakı şirkətlər təqib edir: Amazon.com Inc. – 2,1 trilyon dollar (+31%), Alphabet Inc. – 2 trilyon dollar (+22%), – 1,8 trilyon dollar (+51%), Broadcom – 1,5 trilyon dollar (+97%), Saudi Aramco – 1,2 trilyon dollar (-16%), Tesla – 936 milyard dollar (+66%), Taiwan Semiconductor Manufacturing Company – 789 milyard dollar (+27%).

