ABB-nin ilin sonuna qədər 350 milyon manat xalis mənfəət əldə etməsi gözlənilir
GDP xəbər verir ki, bunu “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin Pərakəndə Müştərilərlə İş Departamentinin Direktoru Elçin Məmmədov deyib.
O bildirib ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin ilk 6 ayı ərzində 172 milyon manat xalis mənfəət əldə edib. “Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 56.64% artım deməkdir. ABB-nin ilin sonuna qədər 350 milyon manat xalis mənfəət əldə etməsi gözlənilir. Ötən il əldə olunan 322 milyon manat xalis mənfəətin 185 milyon manatı dividend formasında səhmdarlara ödənilib.
Elçin Məmmədovun sözlərinə görə eyni bölgünün gələn il də qorunub saxlanılması halında, səhm başına düşən dividendlərin 4 və ya 5 qəpik civarında olacağı proqnozlaşdırılır.