Abunə yazılışı sentyabrın 10-da bitəcək.
GDP xəbər verir ki, bunu Azərbaycan Fond Bazarları İştirakçıları Assosiasiyası ilə ARPA arasında keçirilən görüşdə ABB İnvest İnvestisiya Şirkətinin nümayəndəsi Elçin Məmmədov deyib.
O bildirib: “Abunə yazılışı bitdikdən sonra 2 iş günü ərzində yerləşdirmənin başlanma və başa çatma tarixi ilə bağlı elan veriləcək və toplanmış sifarişlər yerləşdiriləcək. Qanunvericiliyə görə, yerləşdirmə üçün maksimal müddət 7 iş günüdür”
Elçin Məmmədov əlavə edib ki, bir səhmin nominal qiyməti 27 qəpikdir. “Abunə yazılışı dövründə investorlar öz sifarişlərini 27 qəpik və ya daha yuxarı qiymətlə təqdim edə bilər. Sifarişdə qiymət nə qədər yuxarı göstərilsə, sifarişin təmin edilməsi ehtimalı da bir o qədər artır”,-deyə ABB İnvest rəsmisi qeyd edib.