Elektromobillərin qlobal satışı 2021-2024-cü illərdə demək olar ki, üç dəfə artaraq, əsasən Çin bazarının hesabına yüksəlib.
Məsələn, 2021-ci ildə bütün dünyada 6,5 milyon elektromobil qeydiyyata alınıbsa, 2024-cü ildə bu rəqəm 17,3 milyona çatmışdır.
Çin dünya elektromobil sənayesinin artımının əsas hərəkətverici qüvvəsidir. Ölkədə elektromobillərin satışı 2021-ci illə müqayisədə 2024-cü ildə 250%-dən çox artmışdır. Təkcə 2024-cü ildə Çində 10,899 min elektromobil satılmışdır.
Avropa isə elektromobillər üzrə ikinci ən böyük bazar olaraq qalır – burada yeni elektromobillərin qeydiyyatı son üç ildə təxminən 40% artıb. Çin, Avropa və ABŞ birlikdə elektromobillərin qlobal satışının 90%-dən çoxunu təşkil edir.