İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) ilə ticarət əlaqələri barədə açıqlama verib
GDP xəbər verir ki,Əliyevin sözlərinə görə, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın TDT-yə üzv dövlətlərlə ticarət dövriyyəsinin həcmi 6,3 milyard ABŞ dollarına çatıb. Bu dövr ərzində ölkənin ixracı 3,7 milyard ABŞ dolları təşkil edib.
Nazir müavini qeyd edib ki, əldə olunan nəticələr müsbət olsa da, mövcud potensial daha yüksəkdir və bu istiqamətdə həyata keçirilən təşəbbüslərin səmərəliliyinin artırılması vacibdir.
Əliyev xüsusilə Orta Dəhliz marşrutunun əhəmiyyətini vurğulayıb. O bildirib ki, Türk dövlətlərinin reallaşdırdığı birgə layihələr və ticarətin asanlaşdırılması üzrə islahatlar Orta Dəhlizin rəqəmsallaşdırılmasını sürətləndirir. Bu da öz növbəsində regionun yük daşımaları və ticarət dinamikasına müsbət təsir göstərir.
Qeyd edək ki, Orta Dəhliz layihəsi regional ticarətin inkişafında və yük daşımalarının səmərəliliyinin artırılmasında mühüm rol oynayır.