Close Menu
    What's Hot

    Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

    26 Fevral 2026

    Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb

    25 Fevral 2026

    SOCAR və Samsung E&A anlaşdı

    25 Fevral 2026
    Trending
    • Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI
    • Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb
    • SOCAR və Samsung E&A anlaşdı
    • Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib
    • ABŞ-ın nadir minerallardan asılılığı təhlükə yaradır: Çin faktoru
    • Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib
    • Seymur Adıgözəlov: “Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci yerdədir”
    • Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

      26 Fevral 2026
      Recent

      Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

      26 Fevral 2026

      Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

      24 Fevral 2026

      Vüsal Xəlilov: “Rəqəmsal maliyyə texnologiyaları artıq dəstək funksiyası deyil, əsas inkişaf alətidir”

      23 Fevral 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Bakı Fond Birjasında əməliyyatların həcmi 48,6% azalıb, bazarın strukturu dəyişib

      04 Fevral 2026

      SOCAR istiqrazları üzrə dövr gəlirliliyi 6,67%-dən 6,25%-ə endi

      03 Fevral 2026

      AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb

      28 Yanvar 2026

      Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

      23 Fevral 2026

      Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

      17 Fevral 2026

      Çin banklara ABŞ xəzinə istiqrazlarına yatırımları azaltmağı tövsiyə edib

      09 Fevral 2026

      Qızıl son 30 sessiyada volatillik baxımından bitkoini geridə qoyub

      02 Fevral 2026

      Kriptovalyuta bazarında böyük itkilər: aparıcı fondların portfelləri milyardlarla dollar zərərdədir

      06 Fevral 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      BlackRock 145 milyon dollara 1669 Bitkoin aldı, Bitkoinin qiyməti 87 min dollara qalxdı

      25 Noyabr 2025

      Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

      23 Fevral 2026

      Gənc amerikalılar ev əvəzinə səhmlərə üstünlük verir – Araşdırma

      17 Fevral 2026

      Reuters:”Bakı Fond Birjasının rəhbəri bildirir ki, IPO-lar və xarici tərəfdaşlıqlar artımı sürətləndirəcək”

      13 Fevral 2026

      Çin banklara ABŞ xəzinə istiqrazlarına yatırımları azaltmağı tövsiyə edib

      09 Fevral 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      SOCAR və Samsung E&A anlaşdı

      25 Fevral 2026
      Recent

      SOCAR və Samsung E&A anlaşdı

      25 Fevral 2026

      Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib

      25 Fevral 2026

      Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib

      23 Fevral 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Banklar » Əmanətlərin Sığortlanması Fondu zərərdən mənfəətə keçib,ləğv edilmiş banklardan geri qaytarmalar 12.05% artıb,aktivlər 7.94% azalıb
    Bank

    Əmanətlərin Sığortlanması Fondu zərərdən mənfəətə keçib,ləğv edilmiş banklardan geri qaytarmalar 12.05% artıb,aktivlər 7.94% azalıb

    17 Yanvar 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 31 dekabr 2024-cü il tarixinə “KPMG Audit Azərbaycan” MMC tərəfindən audit olunmuş və təsdiq edilmiş maliyyə hesabatlarını açıqlayıb. 2024-cü ilin yanvar–dekabr aylarını əhatə edən bu hesabatların 2023-cü ilin göstəriciləri ilə müqayisəli təhlili göstərir ki, ƏSF üçün ötən il kəskin maliyyə dönüşü, xüsusilə də zərərdən yüksək mənfəətə keçid, kompensasiya yükünün azalması və kapitalın güclənməsi ilə xarakterizə olunub.

    GDP Fondun 2024-cü ilə dair audit olunmuş maliyyə hesabatına istinadla xəbər verir ki, ƏSF 2023-cü ili 70 milyon 369 min 865 manat zərər ilə başa vurduğu halda, 2024-cü ildə 186 milyon 178 min 894 manat xalis mənfəət əldə edib. Beləliklə, Fondun maliyyə nəticəsi bir il ərzində 256 milyon 548 min 759 manat yaxşılaşıb. Bu dönüş ilk növbədə gəlirlərin artmasından deyil, xərclərin strukturunda baş verən kəskin dəyişikliklərdən qaynaqlanıb.

    Gəlirlərin sturukturunda , sığorta haqları  2023-cü ildə 76 milyon 440 min 388 manat olduğu halda, 2024-cü ildə 81 milyon 846 min 164 manata yüksəlib və nəticədə 5 milyon 405 min 776 manat və ya 7.07% artım qeydə alınıb. Faiz gəlirləri isə 6 milyon 630 min 889 manatdan 6 milyon 748 min 964 manata qalxaraq 118 min 075 manat və ya 1.78% artıb. Daha mühüm dəstək isə lisenziyası ləğv edilmiş banklar tərəfindən geri qaytarmalar xəttindən gəlib: bu göstərici 94 milyon 557 min 827 manatdan 105 milyon 948 min 612 manata yüksələrək 11 milyon 390 min 785 manat və ya 12.05% artım nümayiş etdirib.

    Xərclərin təsnifatında  əsas dönüş kompensasiya xərcləri ilə bağlıdır. 2023-cü ildə ƏSF-də kompensasiya xərcləri 240 milyon 135 min 963 manat təşkil etdiyi halda, 2024-cü ildə bu xətt üzrə məbləğ cəmi 153 min 260 manat olub. Yəni kompensasiya xərcləri 239 milyon 982 min 703 manat azalaraq faktiki olaraq sıfıra yaxınlaşıb. Məhz bu azalma ƏSF-in 2024-cü ildə mənfəətə keçməsinin əsas səbəbi kimi çıxış edir. Bununla yanaşı, inzibati və digər əməliyyat xərcləri 6 milyon 290 min 444 manatdan 6 milyon 761 min 556 manata yüksəlib və 471 min 112 manat və ya 7.49% artıb.

    Maliyyə aktivləri üzrə gözlənilən kredit zərəri 2023-cü ildə 2 milyon 873 min 270 manat müsbət təsir göstərdiyi halda, 2024-cü ildə 1 milyon 21 min 966 manat xərcə çevrilib və bu xətt üzrə mənfi dəyişmə 3 milyon 895 min 236 manat təşkil edib. Xarici valyuta mübadiləsi üzrə nəticə isə 188 min 954 manat gəlirdən 200 min 400 manat zərərə keçərək 389 min 354 manatlıq mənfi dəyişmə yaradıb. Sair gəlirlər seqmenti də diqqəti cəlb edir: bu gəlirlər 1 milyon 516 min 27 manatdan 98 min 352 manata enib və 1 milyon 417 min 675 manat və ya 93.51% azalma qeydə alınıb.

    Balans göstəricilərinə nəzər yetirdikdə isə  31 dekabr 2024-cü il tarixinə ƏSF-in cəmi aktivləri 651 milyon 397 min 773 manatdan 599 milyon 655 min 906 manata düşüb ki, bu da 51 milyon 741 min 867 manat və ya 7.94% azalma deməkdir. Aktivlərin strukturunda pul vəsaitləri və ekvivalentləri 66 milyon 501 min 389 manatdan 18 milyon 673 min 242 manata enərək 47 milyon 828 min 147 manat və ya 71.92% azalıb. Eyni zamanda, borc qiymətli kağızlarına investisiyalar 57 milyon 368 min 754 manatdan 75 milyon 141 min 506 manata yüksəlib və 17 milyon 772 min 752 manat və ya 30.98% artıb. Dövlət vekselərinə investisiyalar isə 456 milyon 630 min 834 manatdan 457 milyon 319 min 531 manata qalxaraq cəmi 688 min 697 manat və ya 0.15% artıb. Kompensasiya üzrə debitor borcları 43 milyon 9 min manatdan 11 milyon 246 min 738 manata enib ki, bu da 31 milyon 762 min 262 manat və ya 73.85% azalma deməkdir.

    ƏSF-in cəmi öhdəlikləri 2023-cü ilin sonunda 448 milyon 374 min 302 manat olduğu halda, 2024-cü ilin sonunda 210 milyon 453 min 541 manata düşüb və 237 milyon 920 min 761 manat və ya 53.06% azalma qeydə alınıb. Bu azalmanın əsas hissəsi kompensasiya öhdəliklərinin 200 milyon 302 min 385 manatdan 27 milyon 568 min 85 manata enməsi ilə bağlıdır ki, bu da 172 milyon 734 min 300 manat və ya 86.24% azalma deməkdir. Borc öhdəlikləri isə 247 milyon 500 min manatdan 180 milyon manata düşərək 67 milyon 500 min manat və ya 27.27% azalıb.

    Bütün bu proseslərin nəticəsində ƏSF-in cəmi kapitalı 203 milyon 23 min 471 manatdan 389 milyon 202 min 365 manata yüksəlib və 186 milyon 178 min 894 manat və ya 91.70% artım qeydə alınıb. Əlavə kapital qoyuluşu hər iki ildə 941 milyon 96 min 762 manat səviyyəsində dəyişməz qalıb, yığılmış zərər isə 738 milyon 73 min 291 manatdan 551 milyon 894 min 397 manata enərək 186 milyon 178 min 894 manat azalıb.

    Pul axınları ilə bağlı göstəricilərdən məlum olur ki, 2024-cü ildə əməliyyat fəaliyyəti üzrə xalis pul vəsaitləri 48 milyon 564 min 2 manat olub, bu da 2023-cü ildəki 68 milyon 353 min 256 manat göstəricisi ilə müqayisədə 19 milyon 789 min 254 manat və ya 28.95% azalma deməkdir. İnvestisiya fəaliyyəti üzrə xalis pul çıxışı 13 milyon 358 min 60 manatdan28 milyon 842 min 468 manata yüksəlib, maliyyələşdirmə fəaliyyəti üzrə xalis pul çıxışı isə 22 milyon 500 min manatdan 67 milyon 500 min manata çatıb. Nəticədə pul vəsaitləri və ekvivalentləri üzrə xalis dəyişmə 32 milyon 495 min 196 manat artımdan 47 milyon 778 min 466 manat azalmaya keçib və ilin sonunda pul qalığı 66 milyon 501 min 389 manatdan 18 milyon 673 min 242 manata düşüb ki, bu da 71.92% azalma deməkdir.

    Ümumilikdə, 2024-cü il Əmanətlərin Sığortalanması Fondu üçün zərərdən mənfəətə keçidin, öhdəliklərin kəskin azalmasının və kapitalın güclənməsinin ili olub. Bununla yanaşı, pul vəsaitlərinin ciddi azalması Fondun aktivlərinin daha çox qiymətli kağızlara yönəldiyini və növbəti dövrlərdə likvidlik idarəçiliyinin əsas diqqət mərkəzində qalacağını göstərir.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI

    26 Fevral 2026

    Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

    24 Fevral 2026

    Vüsal Xəlilov: “Rəqəmsal maliyyə texnologiyaları artıq dəstək funksiyası deyil, əsas inkişaf alətidir”

    23 Fevral 2026

    Xəyaləddin Tağıyev: “Tələbələr laboratoriyada real layihələr üzərində çalışacaqlar”

    23 Fevral 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.