Ötən il “Kapital Bank”ın inzibati xərclərində artım müşahidə olunub.
GDP xəbər verir ki, bu barədə “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Emin Məmmədov, 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında məlumat verib.
Emin Məmmədov qeyd edib ki, xərclərin artmasının əsas səbəbi uzunmüddətli investisiyaların həyata keçirilməsidir. Müştəri təcrübəsinin təkmilləşdirilməsi, müştərilərə daha keyfiyyətli xidmətin təqdim edilməsi məqsədilə bank tərəfindən müxtəlif layihələrə vəsait ayrılıb. Bundan əlavə, loyallıq proqramlarının icrası çərçivəsində müştərilərə millər, ikiqat ƏDV və kəşbək şəklində təxminən 65 milyon manat dəyərində vəsait geri qaytarılıb. Bu addımlar, bankın müştəri məmnuniyyətini artırmaq istiqamətindəki strateji hədəflərini əks etdirir.