Ethereum (ETH) kriptovalyutasının qiyməti, yaxın gələcəkdə cari dəyərindən 100 dəfə artaraq daha da yüksələcək.
GDP xəbər verir ki, bu barədə Ethereum-un həmtəsisçisi Cozef Lubin açıqlama verib. Onun sözlərinə görə, Ethereum-un qiymətinin yüksəlməsi banklar və maliyyə qurumlarının əməliyyatlarını bu platformaya köçürməsindən qaynaqlanacaq. Xüsusilə, JPMorgan kimi iri maliyyə şirkətləri Ethereum infrastrukturuna keçid edəcək ki, bu da qiymətin sürətlə artmasına səbəb olacaq.
Lubin, Ethereum-un gələcəkdə Bitcoin-in (BTC) qiymətini də aşacağına inandığını bildirib. Hal-hazırda Ethereum bir untsiyası təxminən 4200 dollar civarında ticarət olunur, amma ekspertlər, bu rəqəmin yaxın zamanda əhəmiyyətli dərəcədə yüksələcəyini proqnozlaşdırırlar.