Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin apardığı monitorinqlər nəticəsində “Instagram”da sürücülük təlimi ilə məşğul olan şəxslərin 3 mindən çox vətəndaşa aid sürücülük vəsiqəsini reklam məqsədilə açıq şəkildə paylaşdığı müəyyən edilib.
GDP xəbər verir ki, fərdi məlumatların yayılması risklərini nəzərə alaraq ETX müvafiq səhifələrin inzibatçılarına rəsmi müraciət edib və qanunsuz paylaşımların silinməsini tələb edib. Nəticədə həmin məlumatlar silinib.
ETX vətəndaşları rəsmi sənədləri sosial şəbəkələrdə paylaşmamağa çağırır, sürücülük təlimi təşkil edən şəxslərə isə “Fərdi məlumatlar haqqında” qanunun tələblərinə ciddi əməl etmələri barədə xəbərdarlıq edir.
Trending
- Azərbaycanda 2026-cı ilin sistem əhəmiyyətli bankları açıqlandı – SİYAHI
- Azərbaycan Sığorta bazarında ödənişlər artıb, yığımlar azalıb
- SOCAR və Samsung E&A anlaşdı
- Qazaxıstanın Ali Audit Palatası Azərbaycanın Hesablama Palatasının maliyyə hesabatlarını audit edib
- ABŞ-ın nadir minerallardan asılılığı təhlükə yaradır: Çin faktoru
- Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib
- Seymur Adıgözəlov: “Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci yerdədir”
- Exxon Dow Jones indeksində onu əvəz edən Salesforce-u 271%-lə geridə qoydu

