Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin apardığı monitorinqlər nəticəsində “Instagram”da sürücülük təlimi ilə məşğul olan şəxslərin 3 mindən çox vətəndaşa aid sürücülük vəsiqəsini reklam məqsədilə açıq şəkildə paylaşdığı müəyyən edilib.
GDP xəbər verir ki, fərdi məlumatların yayılması risklərini nəzərə alaraq ETX müvafiq səhifələrin inzibatçılarına rəsmi müraciət edib və qanunsuz paylaşımların silinməsini tələb edib. Nəticədə həmin məlumatlar silinib.
ETX vətəndaşları rəsmi sənədləri sosial şəbəkələrdə paylaşmamağa çağırır, sürücülük təlimi təşkil edən şəxslərə isə “Fərdi məlumatlar haqqında” qanunun tələblərinə ciddi əməl etmələri barədə xəbərdarlıq edir.
Trending
- Marriott International tərkibində Bakıdakı iki aparıcı otelə yeni marketinq rəhbəri təyin edilib
- ETX: Sürücülük vəsiqələrinin “Instagram”da qanunsuz paylaşılmasının qarşısı alınıb
- Pünhan Nərimanov “PashaPay” MMC-nin icraçı direktoru təyin edilib
- ABB İnvest-in 2025-ci ildə ümumi dövriyyəsi 35% azalıb, repo və səhm ticarətində bazar payını itirib– ticarət strategiyasını köklü şəkildə dəyişib
- Brent neftinin qiyməti 64 dolları keçdi
- Mercedes-Benz avtomobillərinin satışı 2025-ci ildə 9,2% azalıb
- Alphabet-in kapitallaşması ilk dəfə 4 trilyon dolları keçib
- 2025-ci ildə dövlət büdcəsindən 352,4 milyon manata yaxın vəsait geri qaytarılıb

