2020-ci ilin avqustunda Dow Jones indeksinin tərkibində edilən dəyişiklik maraqlı bir nəticəyə səbəb oldu.
GDP xəbər verir ki, o zaman “mavi çiplər” arasına qatılan Salesforce-un səhmləri bu günə qədər 32% dəyər itirərkən, indeksdən çıxarılan neft nəhəngi Exxon Mobil-in qiyməti tam tərs mənzərə çəkdi və 271% yüksəldi. Bu hadisə, məşhur indekslərə daxil olmağın və ya çıxarılmağın heç də həmişə gözlənilən investisiya nəticəsini vermədiyini bir daha xatırlatdı.

