“Kapital Bank” müştərilərinə kredit tarixçəsinə və risk profilinə uyğun olaraq individual faiz dərəcəsi tətbiq edir.
GDP xəbər verir ki, bu barədə “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov, 2024-cü ilin 11 ayının nəticələri və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında məlumat verib.
Fərid Hüseynovun sözlərinə görə, müştərilərin əvvəlki kreditlərini vaxtında və keyfiyyətli şəkildə qaytarması onların növbəti kreditlərində daha aşağı faiz dərəcəsi ilə təmin olunmasına səbəb olur. Bu yanaşma bankın müştəri məmnuniyyətini artırmaq və fərdiləşdirilmiş həllər təqdim etmək strategiyasını əks etdirir.