Kapital Bank Paşa Holdinq ilə birlikdə ölkəmizdə keçirilən COP29-da iştirak etməkdən qürur duyur.
GDP xəbər verir ki, bunu Kapital bankın İdarə heyətinin sədri Fərid Hüseynov rəsmi sosila şəbəkə hesabında yazıb.
O bildirib:”Bu tədbir ölkəmiz üçün mühüm addımdır, qlobal liderləri davamlı təşəbbüsləri müzakirə etməyə və irəli sürməyə cəlb edir. Birgə işləməklə biz Azərbaycan və bütün dünya üçün daha güclü və davamlı gələcəyə töhfə verə bilərik,”-deyə Fərid Hüseynov vurğulayıb.