Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevə yeni müşavir təyin olunub.
GDP -nin əldə etdiyi məlumata görə Fərid Osmanov Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinə müşavir təyin edilib.
Qeyd edək ki, Fərid Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirib.
O həm də Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində magistr dərəcəsi alıb.
2005-ci ildən Azərbaycan Respublikası Milli Bankının İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib.
2019-cu ilidə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
2020-ci ildən bu təyinata qədər Mərkəzi Bankın baş direktoru vəzifəsində çalışıb.
Nazirlikdən məlumat təstiq edilib.