Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev AzInTelecom-un yeni nailiyyətini sosial media hesabında paylaşaraq, şirkətin MDB məkanında ilk dəfə “PCI DSS Certificate of Compliance” (version 4.0.1) sertifikatını əldə etdiyini elan edib.
GDP xəbər verir ki, bu sertifikat, AzInTelecom-un bulud provayderi kimi təhlükəsiz və dayanıqlı “bulud” xidmətləri göstərmək qabiliyyətini təsdiqləyir.
Fərəcullayev bildirib ki, şirkətin həm “bulud”, həm də yerləşdirmə xidmətləri PCI DSS standartlarına tam uyğundur. Bununla da, bütün maliyyə qurumları AzInTelecom-a məxsus Bakı Əsas Data Mərkəzindən tam arxayın və rahatlıqla “bulud” xidmətləri əldə edə bilərlər.
Bu nailiyyət AzInTelecom-un maliyyə sektorunda təhlükəsiz və etibarlı xidmətlər təmin etmək istiqamətində atdığı mühüm addımdır. Sertifikatın əldə edilməsi şirkətin beynəlxalq standartlara uyğunluğunu və maliyyə qurumlarının tələblərinə cavab vermək qabiliyyətini sübut edir.