ABŞ Federal Ehtiyat Sistemi Açıq Bazar Əməliyyatları Komitəsi (FOMC) 2024-cü ilin dekabr iclasında inflyasiya risklərinin artdığı ilə bağlı narahatlıqlarını ifadə edib.
GDP xəbər verir ki, komitə üzvləri qeyd etdiblər ki, son aylarda inflyasiya göstəriciləri gözləniləndən daha yüksək olub və bu, potensial ticarət və miqrasiya siyasəti dəyişikliklərinin təsirləri ilə əlaqələndirilə bilər.
FOMC iştirakçıları inflyasiyanın 2%-lik hədəfə doğru irəliləyəcəyini proqnozlaşdırsa da, bu prosesin əvvəlki gözləntilərdən daha uzun çəkə biləcəyini və hətta müvəqqəti dayana biləcəyini vurğuladılar. Komitə üzvləri pul siyasətini yumşaltma tempinin yavaşladılması üçün uyğun bir nöqtəyə yaxın olduqlarını da bəyan etdilər.
Dekabr ayında Fed federal fond faiz dərəcəsini 25 baza bəndi azaldaraq 4.25%-4.5% diapazonuna endirdi. Bununla belə, “dot plot” məlumatlarına əsasən, siyasətçilər 2025-ci ildə iki faiz azaldılması ilə cəmi 50 baza bəndlik yumşaltma gözləyirlər.
Açıqlamada, Fed-in inflyasiyanı nəzarətdə saxlamaq üçün ehtiyatlı mövqeyini qoruduğu və pul siyasətindəki qərarların iqtisadi şərtlərə uyğun şəkildə davam etdiriləcəyi vurğulandı.