Azərbaycan Fintex Assosiasiyası Macarıstanın Fintech Bridges Nonprofit Kft şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.
GDP xəbər verir ki, bu əməkdaşlığın ümumi məqsədləri bilik mübadiləsini asanlaşdırmaq, Macarıstan və Azərbaycan fintex şirkətləri arasında əməkdaşlıq, vençur kapitalının bölüşdürülməsi və hər iki tərəfdən fintexlərin iştirakı ilə birgə müəssisə layihələrinin həyata keçirilməsidir.