Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) ofisində investorların sığortalanması mexanizminin tətbiqi ilə bağlı mühüm bir görüş keçirilib.
GDP xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) və AFBİA üzvləri iştirak ediblər.
Tədbirdə investorların hüquqlarının daha da gücləndirilməsi və kapital bazarlarının davamlı inkişafı üçün yeni imkanlar müzakirə olunub. İştirakçılar, investorların sığortalanması mexanizminin tətbiqi ilə bağlı hüquqi və əməliyyat məsələlərini müzakirə edərək, beynəlxalq təcrübələrdən bəhs ediblər.
Bu addım, Azərbaycanın kapital bazarlarında investorların etimadını artırmaq və ölkənin maliyyə sisteminin dayanıqlılığını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.