«Azərbaycan Françayzinq Assosiasiyası» İctimai Birliyi (AFA) ilə Rusiya Federasiyasının subyekti Çuvaş Respublikası arasında birgə fəaliyyətə dair anlaşma Memorandumu imzalanıb.
GDP xəbər verir ki, memorandumu AFA İdarə Heyətinin sədri Camid Mövsümov, Çuvaş Respublikası adından respublikanın «Kiçik və orta sahibkarlıq subyektlərinin ixraca dəstək koordinasiya mərkəzi»nin rəhbəri cənab A.Zaxarov imzalayıb.
AFA-nın Rusiyadakı rəsmi nümayəndə heyətinin rəhbəri Orxan Rəhmanovun iştirakı ilə imzalanan memorandumda Çuvaş Respublikasından ölkəmizə gələcək iş adamlarının və investorların fəaliyyətinin təşkilinə, Azərbaycan məhsullarının Çuvaş Respublikasına ixracına dəstək nəzərdə tutulub.
Memorandumda eyni zamanda birgə Biznes missiyaların səfərləri və forumların təşkili kimi məsələlər qeyd olunub.