Fərid Hüseynov sosial media hesabında paylaşım edərək Bir Ecosystem-nin Baş İcraçı direktoru vəzifəsinə başladığını açıqlayıb.
GDP nin məlumatına görə, o bildirib ki, bu təyinat onun peşəkar karyerasında təkcə növbəti addım deyil, eyni zamanda böyük məsuliyyət mərhələsidir. Kapital Bank-dakı fəaliyyəti ilə paralel olaraq Bir Ecosystem-ə rəhbərlik etmək, Azərbaycanın rəqəmsal gələcəyinin formalaşmasında birbaşa iştirak imkanı yaradır.
Farid Hüseynovun sözlərinə görə, Bir Ecosystem maliyyə, ödənişlər, fintex və elektron ticarəti vahid strategiya çərçivəsində birləşdirən Azərbaycanın ilk tam inteqrasiyalı rəqəmsal modelidir və ekosistemin növbəti inkişaf mərhələsi ölkənin qeyri-neft sektorunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
O qeyd edib ki, rəhbərlik estafetini ekosistemin qurulmasında mühüm rolu olan Fərid Məmmədov-dan qəbul edir. Farid Məmmədovun Müşahidə Şurasının sədri kimi fəaliyyətini davam etdirməsi seçilmiş strateji yolun davamlılığını təmin edən əsas amillərdən biri kimi dəyərləndirilib.
Yeni mərhələdə idarəetmənin güclü peşəkar komanda ilə həyata keçiriləcəyi vurğulanıb. Belə ki, fintex biznesinə Cavid Mirzəyev, ödənişlər biznesinə Cəlal Orucov, elektron ticarət istiqamətinə isə Samir Məmmədov rəhbərlik edəcək.
Paylaşımda bildirilib ki, Bir Ecosystem vahid orqanizm kimi fəaliyyət göstərəcək, qərarlar kollektiv şəkildə qəbul olunacaq və əsas məqsəd müştərilər, tərəfdaşlar və bütövlükdə Azərbaycanın rəqəmsal ekosistemi üçün real dəyər yaratmaq olacaq.

