Növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12781,0 milyon manatı və ya 34,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 6600,0 milyon manatı və ya 18,0 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 840,0 milyon manatı və ya 2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 895,0 milyon manatı və ya 2,4 faizi isə sair gəlirlərin payına düşür.
GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci ildə neft-qaz sektoru üzrədövlət büdcəsinin gəlirlərinin 74,9 faizini və ya 12781,0 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert (cari il ilə eyni məbləğdə), 22,4 faizini və ya 3830,0 milyon manatını vergi orqanlarının xətti ilə neftsektorundan daxilolmalar, 2,7 faizini və ya 462,0 milyon manatını isə digər neft daxilolmalar (ARDNŞ üzrə dividendlər) təşkil edir.
Qeyd edək ki, bu isə 2024-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə eyni faizi təşkil edir.