İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün 2025-ci ilin dövlət büdcəsindən 4,0 milyard manat vəsait nəzərdə tutulmuşdur.
GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçünşəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol,təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni- tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s.) məqsədilə 2025-ci ilin dövlət büdcəsindən 4,0 milyard manat vəsait nəzərdə tutulmuşdur.