2025-ci ildən etibarən Azərbaycan Mərkəzi Bankından (AMB) lisenziya almış təşkilatlar auditdən keçməli və audit hesabatlarını açıqlamalı olacaqlar.
GDP xəbər verir ki,bunu AMB-nin Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasət şöbəsinin müdiri Rəşad Qasımov VIII Beynəlxalq Bankçılıq Forumunda açıqladı.
Qasımov bildirdi ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən, 2025-ci ildən başlayaraq banklar və ödəniş xidməti təşkilatları üçün ildə bir dəfə audit keçirilməsi məcburi olacaq. Bu təşkilatlar audit hesabatlarını həmin ildən təqdim etməli olacaqlar.
Gücləndirilmiş müştəri audentifikasiyanın (GMA) tətbiqi qaydasının əsas məqsədi banklar üzrə xüsusi tələblərin müəyyən edilməsi və daha təhlükəsiz ödənişlərin həyata keçirilməsidir.