2025-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 42,3 faizini və ya 15500,0 milyon manat təşkil edəcəkdir.
GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 230,0 milyon manat və ya 1,5% çox, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 626,7 milyon manat və ya 3,9% azdır.
2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 22,4 faizini və ya 3830,0 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar təşkil edir.