Goldman Sachs, OECD ölkələrindəki kommersiya neft ehtiyatlarının azalması səbəbindən 2025-2026 illər üçün Brent markalı neftin orta qiymət proqnozunu artırıb.
GDP xəbər verir ki,2025-ci il üçün proqnoz 76 ABŞ dollarından 78 ABŞ dollaranına, 2026-cı il üçün isə 71 dollardan 73 dollara yüksəlib.
Goldman Sachs, 2023-cü ilin aprel-may aylarında neftin orta qiymətinin təxminən 80 ABŞ dollarına yüksələcəyini gözləyir. Bununla yanaşı, şirkətin hesablamalarına görə, Brent markalı neftin qiyməti, İran və Rusiya ilə bağlı sanksiyalar səbəbindən təchizatların azalması nəticəsində 93 dollra qədər yüksələ bilər.
Bununla yanaşı, Goldman Sachs 2026-cı ildə Brent neftinin qiymətinin 10% ümumi tarif tətbiq edilməsi halında 60 dollara qədər düşə biləcəyini düşünür. Bu səbəbdən, şirkət növbəti 36 ay üçün ədalətli qiymət proqnozunu 70 dollardan 68 dollara endirir.