Beynəlxalq maliyyə qrupu “Goldman Sachs” mis üçün yeni qiymət proqnozunu açıqlayaraq, 2026-cı il üçün misin tonunun qiymətini 10.000 dollardan 10.500 dollara qaldırıb.
GDP xəbər verir ki, bankın təhlilçiləri hesab edirlər ki, İndoneziyanın dünyanın ən iri mis mədənlərindən biri olan Qrasberq mədənində baş verən qəzadan sonra 2025-ci ildə də qiymətlər 10.000 dollar səviyyəsindən yuxarı qalacaq.
Mütəxəssislər 2028-ci ilə qədər qlobal mis bazarının kəsir vəziyyətinə keçəcəyini proqnozlaşdırırlar. Bu vəziyyət tədarükün tələbi ödəməməsi ilə nəticələnəcək və qiymətlərin ton üçün 11.000 dollar həddini aşmasına səbəb olacaq.