Goldman Sachs Group Inc-in analitikləri ABŞ şirkətləri üçün gələn il gəlir artımı gözləntilərini çox yüksək hesab edərək, ABŞ iqtisadiyyatının ləngiməsi və ABŞ dollarının zəifləmə ehtimalının olduğunu qeyd edib.
GDP xəbər verir ki, David Kostinin rəhbərlik etdiyi Goldmanın komandası S&P 500 gəlirinin bu il 6% artdıqdan sonra 2025-ci ildə 4% artacağını gözləyir. Mütəxəssislər qeyd edirlər ki, ümumilikdə, energetika sektorunun nümayəndələri istisna olmaqla, indeks şirkətləri ABŞ iqtisadiyyatında baş verən dəyişikliklərə xarici amillərdən daha həssasdırlar.
Bloomberg Intelligence (BI) tərəfindən sorğu edilən analitiklər arasında konsensus proqnozu S&P 500 şirkətlərinin gələn il gəlirlərinin 5,8% artacağıdır.
Kostin qeyd edir ki, ekspertlərin orta proqnozu “çox optimist görünür”.
BI qeyd edir ki, indeks şirkətlərinin ikinci rübdə mənfəət artım tempi 2021-ci ildən bəri ən yüksək göstərici ola bilər. Eyni zamanda, son rübdə gəlirləri bazar proqnozlarını üstələmiş şirkətlərin payı 2019-cu ildən bəri ən aşağı göstəricidir ki, bu da biznesin gəlirliliyinin davamlılığını şübhə altına alır.