“Qızılın 2025-ci ilin sonuna qədər dolların daha da güclənməsi şəraitində hər unsiyası üçün 3000 ABŞ dollarına qədər bahalaşmasının mümkün olmadığını iddia edən fikirlə razı deyilik”
GDP xəbər verir ki, onların fikrincə, gələn il faiz dərəcələrinin azalması və artan qeyri-müəyyənlik fonunda həm qızıl, həm də digər aktivlər bahalaşa bilər.
Goldman analitikləri hesab edirlər ki, qızılın qiyməti əsasən ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən faiz dərəcələrinin azaldılması səviyyəsindən asılı olacaq.
“Bizim baza ssenarimiz FED-in faiz dərəcələrini əlavə olaraq 125 baza bəndi azaltması nəticəsində qızılın qiymətinin 2025-ci ilin sonuna qədər 7% artacağını nəzərdə tutur,” – deyə analitiklər bildirir.
Bundan əlavə, Goldman analitikləri qeyd edir ki, dolların güclənməsi dünya mərkəzi banklarını milli valyutalara inamı bərpa etmək üçün qızıl almağa təşviq edə bilər.
Hazırda qızılın qiyməti hər unsiya üçün 2700 ABŞ dollarını keçib.