Azərbaycan Respublikasının Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”a əsasən, gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalarla əlaqədar tətbiq olunmuş cərimələr üzrə daxilolmalar 30 min manat təşkil edib.
Bu məbləğ proqnozlaşdırılmış göstəricidən 3,9 milyon manat və ya 99,2% azdır. Nəticədə, gömrük sahəsində cərimələr üzrə büdcə gəlirləri nəzərdə tutulandan xeyli aşağı icra olunmuşdur.