Google-un valyuta konvertorunda İran rialının (IRR) avro qarşısında faktiki olaraq “0,00” kimi göstərilməsi diqqəti cəlb edib.
GDP xəbər verir ki,platformada əks olunan məlumata görə, 1 İran rialı 0,00 avro səviyyəsində təqdim olunur ki, bu da əsasən yuvarlaqlaşdırma ilə izah edilir.
Qrafik göstəricilər son günlərdə kəskin enişi ortaya qoyur. Məzənnənin qısa müddətdə aşağı həddə düşməsi rialın sürətlə dəyər itirməsi ilə yanaşı, real vaxt məlumat axınında texniki və ya sistem problemlərinin də mövcud ola biləcəyini göstərir.
Mütəxəssislərin fikrincə, bu cür göstəricilər valyutanın faktiki dövriyyə dəyərinin son dərəcə zəiflədiyini vizual şəkildə əks etdirsə də, obyektiv məzənnənin müəyyənləşdirilməsi çətin olaraq qalır. Qeyd olunur ki, son dövrlər valyuta məlumat mənbələrində qeyri-sabitlik müşahidə edilir və bu da rəqəmsal platformalarda kəskin dəyişikliklərə səbəb ola bilər.
Beləliklə, Google-un təqdim etdiyi göstərici rialın avro qarşısında praktiki olaraq ölçülməyəcək qədər zəiflədiyini göstərən bir siqnal kimi dəyərləndirilir.


