Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dekabrın 3-5-də Göyçay rayonunda “KOB FEST” sərgi-satış yarmarkası təşkil edəcək.
KOBİA-dan GDP -yə bildirilib ki, yarmarkada kiçik və orta biznes subyektləri məhsul və xidmətlərini istehlakçılara tanıtmaq, satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurmaq fürsəti əldə edəcəklər.
Göyçay və ətraf bölgələrdən olan sahibkarlar yarmarkada iştirak üçün noyabrın 29-dək Agentliyin rəsmi saytında müvafiq formanı dolduraraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat zamanı “İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Göyçay” qeyd olunmalıdır.
Qeyd edək ki, mikro və kiçik sahibkarlar üçün yarmarkada iştirak pulsuzdur.