Comex birjasında iyul ayına təslim ediləcək gümüş fyuçersləri müvəqqəti olaraq 3,92% artaraq unsiyası 36,01 dollara qədər yüksəlib.
GDP xəbər verir ki, bu səviyyədən yuxarı qiymətə gümüş son dəfə 13 ildən çox əvvəl, 29 fevral 2012-ci ildə alınıb-satılıb. Bu ilin əvvəlindən bəri gümüşün qiyməti 22,5% artıb.
Saat 13:35-ə qədər artım tempi 3,57%-ə enib, qiymət unsiyası üzrə 35,89 dollara qədər geri çəkilib.
Qeyd edək ki, qızıldan fərqli olaraq, gümüş həm də sənaye metalıdır, buna görə də ABŞ-nin əsas ticarət partnyorları ilə gömrük rüsumları ilə bağlı danışıqlarda mövqelərin yaxınlaşması xəbərləri gümüşün yerli maksimumlara qədər yüksəlməsinə səbəb ola bilər.