Azərbaycan kimi inkişafda olan ölklərdə ətrafda olar hər kəs daşınmaz əmlaka sərmayə qoymağın asan və daha yaşı gəlir gətirdiyini deyir.
Passiv gəlir əldə etmək üçün qənaət edilən pulların daşınmaz əmlak investisiyalarına qoymağın daha yaxşı variant olduğu bildirilir.
Passiv gəlir nədir?
Passiv gəlir heç bir əlavə iş görmədən investisiyadan əldə edilən gəlirdir. Sizə lazım olan tək şey oturub pulu nəyə investisiya etməyə qərar verməkdir.
Bəs daşınmaz əmlak almaq həqiqətən passiv gəlirdirmi?
Əksər hallarda bunun belə olmadığını iddia etmək olar. Tikinti işlərindən tutmuş kirayəçilərin idarə edilməsinə, tənzimləyici sənədləşmə işlərinə qədər, daşınmaz əmlaka sahib olmaq nadir hallarda investisiya yatıranların iddia etdiyi qədər passiv olur. Həqiqi passiv gəlir irihəcmli divident vəd edən səhmlərə investisiya edilməsindən əldə edilən gəlirdir. Dividend ödəyən səhmlərin sahibi olmaq, hiç bir iş görmədən gəlir əldə etməyin yeganə üsuludur.
Müəllif: Aynur Qəniyeva