Close Menu
    What's Hot

    Xaricə mal satışından ən çox pul qazanan Azərbaycan şirkətləri – SİYAHI

    30 İyun 2025

    Hermes Sindromu: Dostluq, sələmçilik və şəxsi iradənin satışı

    30 İyun 2025

    Çin 1,2 milyard dollara Qazaxıstanın qızıl mədənini alır

    30 İyun 2025
    Trending
    • Xaricə mal satışından ən çox pul qazanan Azərbaycan şirkətləri – SİYAHI
    • Hermes Sindromu: Dostluq, sələmçilik və şəxsi iradənin satışı
    • Çin 1,2 milyard dollara Qazaxıstanın qızıl mədənini alır
    • Mərkəzi Bankın rəhbəri Taleh Kazımov BİS-in 95-ci illik toplantısında iştirak edib
    • SOCAR İsrailin “Tamar” qaz yatağının 10% səhminə 1,25 mld dollar investisiya edib
    • İlon Mask: “Trumpın qanun layihəsi ABŞ-ı borc köləliyinə aparacaq”
    • Mərkəzi Bankın sədr müavini:”Bankların əsas məqsədi müştərilərinə təhlükəsiz xidmət göstərməkdir”-EKSKLÜZİV
    • Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar Günüdür
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Mərkəzi Bankın rəhbəri Taleh Kazımov BİS-in 95-ci illik toplantısında iştirak edib

      30 İyun 2025
      Recent

      Mərkəzi Bankın rəhbəri Taleh Kazımov BİS-in 95-ci illik toplantısında iştirak edib

      30 İyun 2025

      Mərkəzi Bankın sədr müavini:”Bankların əsas məqsədi müştərilərinə təhlükəsiz xidmət göstərməkdir”-EKSKLÜZİV

      27 İyun 2025

      Trump FED-i faizi endirməyə çağırır: “Heç bir iş görmədən,bir imza ilə xəzinəyə 1 trilyon dollar əlavə etmək olar”

      27 İyun 2025
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      Bakı Fond Birjasının REPO gəliri 600%, listinq rüsumları 45% artsa da, xalis zərəri 1 mln manata çatır

      27 İyun 2025

      Ceyhun Hacıyev: Bu rəqəmsal alət həm yeni başlayanlar, həm də təcrübəli investorlar üçün maliyyə bazarlarına çıxışı daha sadə və sürətli edir

      25 İyun 2025

      Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-may, 2025)

      24 İyun 2025

      İnvestisiya Şirkətinin Müşahidə Şurasına yeni təyinat olub

      23 İyun 2025

      Çin 1,2 milyard dollara Qazaxıstanın qızıl mədənini alır

      30 İyun 2025

      ABŞ səhmləri bahalaşıb, Fed-in faiz qərarı ilə bağlı yeni gözləntilər artıb

      26 İyun 2025

      Neft yenidən bahalaşıb

      25 İyun 2025

      Azərbaycan neftinin qiyməti ötən həftə 4 dollardan çox bahalaşıb

      24 İyun 2025

      Kvant texnologiyaları Bitcoin-in təhlükəsizliyinə təhdid yarada bilər

      26 May 2025

      BlackRock indi “Satoshi Nakamoto”dan sonra ikinci ən böyük Bitcoin sahibi olub

      21 May 2025

      Bitcoin qiyməti 20 mayda 107 min dollar səviyyəsini keçdi: günlük 1.43% artım

      21 May 2025

      Tayland ictimaiyyətdən vəsait toplamaq üçün rəqəmsal token -G-Token buraxacaq

      14 May 2025

      Çin 1,2 milyard dollara Qazaxıstanın qızıl mədənini alır

      30 İyun 2025

      Bakı Fond Birjasının REPO gəliri 600%, listinq rüsumları 45% artsa da, xalis zərəri 1 mln manata çatır

      27 İyun 2025

      ABŞ səhmləri bahalaşıb, Fed-in faiz qərarı ilə bağlı yeni gözləntilər artıb

      26 İyun 2025

      Neft yenidən bahalaşıb

      25 İyun 2025
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      SOCAR İsrailin “Tamar” qaz yatağının 10% səhminə 1,25 mld dollar investisiya edib

      29 İyun 2025
      Recent

      SOCAR İsrailin “Tamar” qaz yatağının 10% səhminə 1,25 mld dollar investisiya edib

      29 İyun 2025

      Məcnun Məmmədov: Türk Dövlətləri Təşkilatı brendi altında “Made by OTS” birgə məhsul xəttini yaradaraq rəqabət qabiliyyətimizi artıracaq

      26 İyun 2025

      AzİnTelecom rəsmisi: Banklar və digər maliyyə qurumları SİMA KYC ilə vətəndaşların şəxsiyyətini real vaxt rejimində təsdiqləyə bilirlər

      24 İyun 2025
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Hermes Sindromu: Dostluq, sələmçilik və şəxsi iradənin satışı
    Bloq yazıları

    Hermes Sindromu: Dostluq, sələmçilik və şəxsi iradənin satışı

    30 İyun 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    Borc münasibətləri hər bir cəmiyyətdə zəruri maliyyə aləti kimi qəbul edilir: bu, resursların müvəqqəti yenidən bölüşdürülməsi və gələcəkdə geri qaytarılması üçün qarşılıqlı razılaşmadır. Lakin bu mexanizm rəsmi maliyyə institutları ilə yanaşı, qeyri-rəsmi müstəvidə — qohumluq, dostluq, sosial şəbəkələr və sələmçilik praktikalarında tamamilə fərqli psixoloji qatlarla yüklənir. İstənilən borc əməliyyatının iqtisadi əsasında risk var: kapital olduğu yerdən başqa istiqamətə hərəkət edir və geri dönməmək ehtimalı daşıyır. Rəsmi bank sektoru bu riski kredit analizi, risk scoring, zaminlik, girov, sığorta kimi mexanizmlərlə minimuma endirir. Ancaq qeyri-rəsmi səviyyədə — xüsusilə “küçə sələmçisi” və ya dost-qohum kreditorluğu — risk əvəzinə əksər hallarda psixoloji təzyiq və sosial basqı mexanizmləri işə düşür. Bu zaman borclu avtomatik olaraq günahkar, borc verən isə şəxsi əxlaq norması müdafiəçisi mövqeyinə keçir. Halbuki bu davranış modeli real bazar prinsipi ilə təzadlıdır: borc verən tərəf də risk daşıyır və bu riski başa düşmədən alət kimi istifadə etməsi yalnız manipulyativ güc balansı yaradır. İllərdir formalaşmış davranış kodları göstərir ki, bir çox halda borc verən tərəf “xeyirxah”, “qurtarıcı” obrazında özünə əlavə psixoloji üstünlük qazandırır və beləliklə, borclu tərəfdə utanc, günahkarlıq və asılılıq hissini şişirdir. Bu isə sosial münasibətlərdə asimmetrik informasiya effekti yaradır: borc verən qeyri-rəsmi şəkildə “sənin şəxsi sərhədlərini müəyyən etmək haqqına malikdir” illüziyasına qapılır.

    Maraqlı olan odur ki, dostluq və sosial kapital bu zəncirin içində sürətlə sıradan çıxır. İqtisadi məntiqlə dost münasibətləri bazarın yaratdığı ən etibarlı etimad modelidir, amma kiçik məbləğli borc bəzən bu modeli tamamilə çürüdür. Müşahidələr göstərir ki, insanlar kiçik məbləğlərə görə bir-birinə diktə edəcək səs tonu yaradır, “mən sənə necə istəyirəm elə də danışaram” tipli passiv-aqressiv ritorika formalaşdırır. Faktiki olaraq adam dostuna verdiyi puldan əlavə, onun mədəniyyətini, şəxsi iradəsini də almağa çalışır. Bu ən alçaq sövdələşmədir — çünki insan dostluq maskasını pula dəyişir. Burada mifoloji paralel də maraqlıdır: bir vaxtlar yolların, ticarətin və fəndgirliyin himayədarı olan Hermes obrazı — Tanrıların elçisi — indi bu mifik hekayədə insanın acgözlüyündən və qorxusundan qidalanan qaranlıq bir manipulyatora çevrilir. Hermes artıq o tanrı deyil; onun gözünü küçə kreditlərinin sürünən həyatları, zənglərlə terror edilən ailələr, gecə zənglərindəki qorxu və təhqir tutub.

    Sələmçilik bu mexanizmin ən təhlükəli versiyasıdır. Qeyri-rəsmi pul dövriyyəsi tamamilə dövlət nəzarətindən kənardır, gəlir vergisi ödənilmir, müqavilə yoxdur, girov isə ən çox hallarda sadəcə psixoloji basqı alətidir. Tərəflərdən biri — adətən borclu — real hüquqi müdafiəsiz qalır və situasiyadan çıxış üçün həyat səviyyəsini onqat zədələyir. Belə situasiyada pul artıq kapital deyil, şərəfi girov götürən, iradəni boğan qara alətdir. İqtisadi məntiq tələb edir ki, borc verən tərəf kapitalını risk zonasında yerləşdirdiyini başa düşsün. Əgər rəsmi maliyyə institutu riski yüksək görüb “yox” deyirsə, yüksək faizlə sələm verən də bilməlidir ki, batma riski ikiqatdır. Bu baxımdan “borc həmişə qaytarılmalıdır” ritorikası iqtisadi reallığa ziddir. Bəli, borc qaytarılmalıdır — bu, şərəfdir. Amma borc verən də situasiyanın məsuliyyətini bölüşməlidir. Əgər pulun qaytarılması mümkün olmayanda psixoloji terror, ailəyə basqı, məhəllə söyüşü, “mən sənin həyatını necə istəyirəm elə də dağıdaram” tipli ritorika işə düşürsə — bu artıq real bazar deyil, bu, mədəniyyətin iflasıdır.

    Maliyyə nəzəriyyəsi baxımından bu cür toksik münasibətlər real sektor üçün daha geniş nəticə yaradır: qeyri-rəsmi borc və sələmçilik praktikaları yalnız mikro səviyyədə insan həyatını məhv etmir, həm də cəmiyyətin pul münasibətlərinə və rəsmi maliyyə institutlarına olan etimadını zəhərləyir. İnsanların şəxsi sərhədlərinin və sosial kapitalın pula dəyişdirilməsi isə uzunmüddətli perspektivdə işgüzarlığı, dürüst müqavilə mədəniyyətini və iqtisadi rasional davranışı sarsıdır. Bu, rəsmi maliyyə sistemini gücləndirmir, əksinə, onu kölgədə qalan, təhlükəli şantaj alətləri ilə əvəz edir. Bu nəticə həm etik, həm də real bazar baxımından iflasdır.

    Müəllif: Tamerlan Bayramlı/ Böhran meneceri

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Xaricə mal satışından ən çox pul qazanan Azərbaycan şirkətləri – SİYAHI

    30 İyun 2025

    Çin 1,2 milyard dollara Qazaxıstanın qızıl mədənini alır

    30 İyun 2025

    Mərkəzi Bankın rəhbəri Taleh Kazımov BİS-in 95-ci illik toplantısında iştirak edib

    30 İyun 2025

    SOCAR İsrailin “Tamar” qaz yatağının 10% səhminə 1,25 mld dollar investisiya edib

    29 İyun 2025
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.


    Ana səhifə

    Bank xəbərləri

    İqtisadiyyat

    Birja

    Digər