Azərbaycan Respublikasının Hesablama Palatasının “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”a verdiyi rəyə əsasən, bir sıra gəlir mənbələri üzrə dövlət büdcəsinə daxilolmalar 100% icra olunub.
GDP xəbər verir ki, məlumata əsasən, Dövlət Neft Fondundan (DNF) dövlət büdcəsinə nəzərdə tutulan transfertlər tam şəkildə, yəni 100% icra edilib. Eyni zamanda, Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalıq hissəsi də büdcəyə tam olaraq köçürülüb.
Bundan əlavə, xarici dövlətlərə verilmiş kreditlər üzrə nəzərdə tutulan daxilolmalar da büdcəyə tam həcmdə həyata keçirilib.