Dövlət büdcəsinin gəlirlərinin mənbələri arasında fiziki şəxslərin gəlir vergisi proqnoza qarşı kəsirlə icra olunub.
GDP xəbər verir ki, “2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəy”ində məlumat verilib.
Rəyə görə ötən il fiziki şəxslərin gəlir vergisi üzrə büdcəyə daxilolmalar 1 700 milyon manat proqnoza qarşı 40,4 milyon manat və ya 2,4 % az 1 659,6 milyon manat yaxud proqnozun 97,6%-i həcmində icra edilib.